top of page

Advokatlaşdırma

Gürcüstan Süd Nişanı Federasiyası üçün advokatlaşdrma əsas missiyalardan biridir. Strateji təşəbbüs və birgə səyimiz nəticəsndə biz ədalətli şərtlər tətbiq etməyə, istehlakçıların hüquqlarını qorumaq və süd məhsulları istehsalçılarının rifahını müdafiə etməklə keyfiyyət, dürüstlüyə üstünlük verərək,  davamlı, ədalətli sənayenin inkişafını təşviq etmək, yerli müəssisələrdə bərpa olunan təbii resurslardan davamlı istifadəni dəstəkləmək, eləcə də inkişafın, ətraf mühitə məsuliyyətli münasibətin tərəfdarıyıq.

Bizə qoşulun! Biz müsbət dəyişikliklər üçün advokatlaşdırmaya davam edirik və süd sektorunun hər bir bəndini gücləndiririk.

Qeyri-sağlam rəqabət

Son illər ərzində Gürcüstanda istehsalda  süd tozundan istifadə artıb. Bunun əsas səbəbi istehsal xərclərinin aşağı olmasıdır ki, bu da oxşar məhsulun qiymətinin aşağı olmasına gətirib çıxarır, onu istehlakçılar üçün cəlbedici edir. Bununla belə, hər bir istehlakçının satış nöqtəsində təqdim olunan məhsulun süd tozundan hazırlandığını bilmək hüququ var. Federasiya üzvləri Milli Qida Agentliyi ilə fəal əməkdaşlıq edir və saxtakarlığın aradan qaldırılması, etiketləmə qaydalarının qorunması üçün müştəriləri ilə daim əlaqə saxlayırlar.

Bizə qoşulun, sizin səsiniz önəmlidir!

Əgər satış mühiti təmiz, pendirin harada və nədən hazırlandığı bəlli deyilsə, onu almamaq məsləhətdir.

Supermarketlər və təchizatçılar arasında ədalətli ticarət təcrübələri

Son onillik ərzində bazar böyüdü və supermarketlər, süd istehlakçıları arasında əhəmiyyətli bir güc balanssızlığı aydın oldu. Kiçik mağazalar, marketlər, HoReCa və digər obyektlərdə uzun illər satış təcrübəsinə baxmayaraq, süd məhsulu müəssisələri hələ də qeyri-sabit, ədalətsiz ticarət şəraiti ilə üzləşməli olurlar. Bunlara satıcılar tərəfindən gecikdirilmiş və ya natamam ödənişlər, yüksək giriş haqları, gözlənilmədən təyin edilmiş ödənişlər, ədalətsiz təcrübələr, ümumi şəffaflıq və hesabatlılığın olmaması daxildir. Bütün bunlar hər gün süd almaq üçün pul ödəməli olan istehsalçılara pul dövriyyəsi kəsiri yaradır. Federasiya üzvləri advokatlaşdırmaya qoşulmaqla özləri layiqli ticarət mühitinin yaradılması prosesində iştirak edirlər.

bizimlə əlaqə saxlayın:

+995 599 87 88 72

geomilkfederation@gmail.com

St. Tbilisi, Shartava küç. 34

Bizə dostluq göndərin

  • facebook
  • youtube
  • Instagram

© Gürcüstan Süd Nişanı Federasiyası

bottom of page